RU

Ekstradisiya və cinayət işləri üzrə hüquqi yardım müzakirə edilib - FOTO

Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdə olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.

Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında 15 iyun 2023-cü tarixdə Sankt-Peterburq şəhərində imzalanmış “2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı”ndan irəli gələn müddəaların icrası məqsədilə dekabrın 10-12-si tarixlərində Rusiya Federasiyası Baş Prokurorluğunun nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

Baş Prokurorluqda nümayəndə heyəti ilə keçirilmiş görüş zamanı Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi Erkin Əlixanov qonaqları salamlayaraq prokurorluqlarımız arasında əlaqələrin yüksək səviyyədə olmasını məmnunluqla qeyd edib, seminar zamanı müzakirə ediləcək mövzuların aktuallığını vurğulayıb.

Rusiya Baş Prokurorluğunun nümayəndələri yüksək qonaqpərvərliyə və səmimi qəbula görə minnətdarlıqlarını ifadə edərək, səfərin təcrübə mübadiləsi və qarşılıqlı münasibətlərin inkişafı üçün faydalı olacağını qeyd ediblər.

Görüş zamanı, o cümlədən ekstradisiya və cinayət işləri üzrə hüquqi yardım sahələrində mövcud vəziyyət və qarşıda duran perspektivlər müzakirə edilib.

Daha sonra Əməkdaşlıq Proqramı çərçivəsində “Prokurorun elektron sübutlarla işi. Müasir texnologiyalardan istifadə və prokurorların fəaliyyətinin rəqəmsallaşdırılması”, “Kibercinayətkarlıq” və “Cinayət yolu ilə əldə olunmuş aktivlərin bərpası” mövzulara həsr olunmuş seminarlar keçirilərək faydalı təcrübə mübadiləsi aparılıb.

Səfər çərçivəsində həmçinin, nümayəndə heyəti Baş Prokurorluğun yeni inzibati binası və Zəfər muzeyi ilə tanış olublar. Rusiyalı prokurorlar, o cümlədən Heydər Əliyev Mərkəzini, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər.

Nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.

AzərbaycanlaAzərbaycanlaAzərbaycanla

Избранный
30
1
avtosfer.az

2Источники