RU

ABŞ Ukraynaya təxminən 300 milyon dollar ayıracaq

ABŞ Ukraynanın kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün 74,7 milyon dollar, Ukraynanın nəqliyyat infrastrukturunu bərpa etmək üçün isə 223 milyon dollardan çox vəsait ayırmaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin birinci müavini, menecment və resurslar məsələlərini kurasiya edən Riçard Verma bildirib.

“Ukraynalı fermerlər və ərzaq malları istehsalçılarının Ukraynanın iqtisadiyyatının bərpasında daha çox rol oynaya bilməsi məqədilə Ukraynanın ixracyönümlü kənd təsərrüfatına dəstək üçün əlavə 74,7 milyon dollar ayırırıq”, – diplomat deyib.

Onun sözlərinə görə, Vaşinqton həmçinin Ukraynada nəqliyyat infrastrukturunun və logistikasının bərpası üçün 223 milyon dollardan çox əlavə dəstək verəcək.//Report

Избранный
53
4
konkret.az

5Источники