RU

“YouTube”da daha bir yenilik

"Gemini"nin süni intellekt köməkçisi, böyük dil modellərindəki təkmilləşdirmələr sayəsində "Google"a məhdud sayda videoməzmun yaradıcılarına videolarını müxtəlif dillərdə avtomatik dublyaj etmək imkanı verib.

Milli.Az xəbər verir ki, "YouTube" platforması maarifləndirmə məqsədli minlərlə kanal üçün videoməzmunun avtomatik dublyajı funksiyasını genişləndirib. Kulinariya və sənətkarlıq kimi sahələrdə fəaliyyət göstərən məzmun müəllifləri artıq bu funksiyadan istifadə edə bilərlər. Gələcəkdə isə, bu funksiya digər məzmun növləri üzrə ixtisaslaşmış kanalları da əhatə edəcək.

Yenilikdən yararlanmaq üçün video müəllifinin sadəcə orijinal videonu normal rejimdə yükləməsi kifayətdir. Yükləmə səhifəsində tələb olunan xananı işarələyən istifadəçi, "YouTube"un video dilini aşkar edəcəyini və müxtəlif dillərdə versiyalar yaradacağını görəcək. Hazırda dəstəklənən dillər arasında ingilis, fransız, alman, hind, indoneziya, italyan, yapon, portuqal və ispan dilləri var.

"Google" xəbərdarlıq edir ki, "Gemini"nin insan nitqini müxtəlif dillərdə yenidən yaratma qabiliyyəti hələ də məhduddur. Süni intellekt qrammatik, stilistik və fonetik səhvlərə yol verə bilər və onun tembri orijinalınkından fərqli ola bilər. Lakin, gələcəkdə "YouTube" öz avtomatik tərcüməçisinin nitqinə daha çox ifadə və orijinalın emosional tonunu daha yaxşı əks etdirəcək xüsusiyyətlər əlavə etməyi planlaşdırır.

Избранный
22
10
day.az

10Источники