RU

ABŞ ordusu hipersəs raketinin sınağını keçirib

ABŞ orta mənzilli hipersəs raketinin (Long Range Hypersonic Weapon - Qeyd ) sınaq buraxılışını həyata keçirib.

“Report” xəbər verir ki, ABŞ ordusunu və Hərbi Dəniz Qüvvələrini təchiz etmək üçün hazırlanan “Dark Eagle” raketinin buraxılışı Florida ştatındakı Kanaveral burnundan həyata keçirilib.

İlkin məlumata görə, bu, raketin standart buraxılış qurğusundan atıldığı ilk uğurlu uçuş sınağı olub.

“Lockheed Martin” şirkəti tərəfindən hazırlanan “Dark Eagle” hipersəs raketi saatda təxminən 6 min kilometr sürətlə uçmağa qadirdir. O, hündürlükdə manevr edə bilir ki, bu da raketdən müdafiə sistemlərinin raketi aşkarlamasını çətinləşdirir. Raketin layihə uzaqlığının 2775 kilometr olduğu bildirilir.

Избранный
12
5
report.az

6Источники