RU

Cənubi Koreya prezidenti Yun Sok Yolun həbsinə icazə verilə bilər

Bakı. Trend:

Dekabrın 3-4-də Cənubi Koreyada xüsusi müstəntiqlər qrupu hərbivəziyyətin elan edilməsi ilə bağlı prezident Yun Sok Yola qarşıhəbs qərarı verilməsi üçün müraciət etmək imkanını nəzərdənkeçirir.

Trend xəbər verirki, bu barədə KBS telekanalı məlumat yayıb.

Qeyd edilir ki, həmin hadisələri araşdırmaq məqsədilə yaradılmışxüsusi qrup prezident iqamətgahında axtarış aparılması ehtimalınıda nəzərdən keçirir. Lakin bundan əvvəl polis belə bir cəhdgöstərsə də, prezidentin təhlükəsizlik xidməti dövlət sirri iləbağlı qaydalara istinad edərək müstəntiqləri içəri buraxmayıb vəyalnız “son dərəcə məhdud sayda” sənəd təqdim edib.

Bundan əlavə, xüsusi müstəntiqlər Yun Sok Yolun zəngtarixçəsinin əldə edilməsi üçün order verilməsini də müzakirə edir.Cənubi Koreya polis rəisi Ço Ji Hon bildirib ki, prezident ona altıdəfə zəng edərək deputatların saxlanmasını tələb edib. Lakin o,həmin söhbətlərin qeydiyyata alınmadığını əlavə edib.

Избранный
37
az.trend.az

1Источники