RU

Yeni pandemiya qapını döyür! Həm ölümcül, həm də yoluxucu

ABŞ-da inəklər arasında yayılan və insanlara keçən H5N1 quş qripi virusunda mutasiya əlamətləri müşahidə olunur. Mütəxəssislər “quş qripi qapımızı döyür, hər an yeni bir pandemiya başlaya bilər” deyib.

Ucnoqta.az xəbər verir ki, AFP-nin məlumatına görə, yeni pandemiya quş qripi virusu (H5N1) ola bilər. “Science” jurnalında dərc edilən araşdırmada ABŞ-da inəklərə təsir edən quş qripi virusunun insanlar arasında daha təsirli şəkildə yayılmasının yalnız bir mutasiya olduğu bildirildi.

ABŞ-da inəklər və yoluxmuş insanlar arasında yayılan quş qripi mutasiya əlamətləri göstərdikdən sonra səhiyyə mütəxəssisləri H5N1 pandemiya təhlükəsi barədə xəbərdarlıq ediblər.

ABŞ-da quş qripi diaqnozu qoyulan 58 nəfərdən iki nəfərin heyvanlarla təması olmadığı təsbiti narahatlıqları artırıb.
SAS İnstitutundan epidemioloq Meg Şaffer bildirib ki, “quş qripi qapımızı döyür və hər an yeni pandemiyaya səbəb ola bilər” fikrini dəstəkləyən bir neçə amil var.

Qlazqo Universitetinin virusoloqu Ed Hatçinson, bunun H5N1-in "bizim üçün daha təhlükəli olmasına bir addım qaldığını" göstərdiyini söylədi.
 “Quş qripinə yoluxan bir yeniyetmənin genetik ardıcıllığı virusun bədəndəki hüceyrələrə daha təsirli şəkildə bağlanmaq üçün təkamül etməyə başladığını göstərir. H5N1-in yayılmasına icazə vermək insanların daha asan yoluxma riskini artırır. İnsanlar arasında quş qripi epidemiyası baş verərsə, bizim immunitetimiz inkişaf etmədiyi üçün bu, çox ağır olacaq” – mütəxəssis qeyd edib.

Həm ölümcül, həm də yoluxucu
Ölümcül quş qripi H5N1 ştammı ilk dəfə 1996-cı ildə Çində ortaya çıxdı və son dörd il ərzində yayıldı, hətta Antarktida kimi əvvəllər toxunulmamış bölgələrə də çatdı. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı 2021-ci ildən bəri 300 milyondan çox ev quşunun məhv edildiyini və 79 ölkədə 315 çöl quşunun tələf olduğunu bildirib. Kütləvi ölümlər suiti kimi yoluxmuş quşları yeyən məməlilərdə də baş verib. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2003-cü ildən bəri qeydə alınan 904 insan H5N1 hadisəsinin yarısı ölümcül olub.
Pandemiya riski ilə əlaqədar ABŞ Kənd Təsərrüfatı Nazirliyi çiy südün quş qripi üçün sınaqdan keçirilməsini məcburi edib.
Məlumdur ki, pasterizə olunmamış süd H5N1 ötürülməsi üçün böyük risk yaradır. Lakin narahatlıq doğuran məsələ ABŞ-ın yeni seçilmiş prezidenti Trampın Səhiyyə Nazirliyinə namizədliyini irəli sürdüyü Robert Kennedinin peyvənd əleyhinə və çiy süd həvəskarı olmasıdır.
Malyariyadan ölüm hallarının artması
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, malyariya halları artarkən, 2023-cü ildə 597 min insan bu xəstəlikdən dünyasını dəyişəcək. Rəsmilərin dediyinə görə, dərmanlara qarşı müqavimət, iqlim və humanitar fəlakətlər kimi bioloji təhlükələr nəzarətə mane olur. Keçən il dünyada 263 milyon malyariya hadisəsi qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 11 milyon nəfər çoxdur, halların 94 faizi Afrikadadır.

Избранный
42
ucnoqta.az

1Источники