RU

Ağsaqqallar Şurası Eynəddin Məmmədovu təltif etdi - FOTOLAR

Dekabr ayının 11-də Azərbaycan Ağsaqqallar Şurasının növbəti iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Hesablayıcı komissiyasının sədri, professor Eldar Quliyev, sədrin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri,  akademik Əhliman Əmiraslanov, sədr müavinləri – Milli Məclisin İntizam komissiyasının sədri, professor Eldar İbrahimov və Bayram Yusifov, İdarə Heyətinin üzvləri professor Aqiyə Naxçıvanlı və professor İbrahim Quliyev, eləcə də oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur, Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Eldar Quliyev tədbir iştirakçılarını salamlayaraq Azərbaycan xalqının tarixi yaddaşında silinməz iz qoyan əbədiyaşar Lider, Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən söz açıb. Vurğulayıb ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə öz xilaskarlıq və quruculuq missiyasını yüksək səviyyədə yerinə yetirən dahi şəxsiyyətin şərəfli ömür yolu bugünkü və  gələcək nəsillər üçün əsl örnəkdir. Hazırda Heydər Əliyev yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində suverenliyini və ərazi bütövlüyüynü tam bərpa edən ölkəmiz gündən-günə inkişaf edir, çiçəklənir. Natiq, həmçinin, Azərbaycan Ağsaqqallar Şurasının üzvlərinin də bu dinamik inkişaf prosesində yaxından iştirak etdiklərini vurğulayıb və belə tanınmış üzvlərdən biri olan professor Eynəddin Məmmədovun zəngin tərcümeyi-halından, xalqımız qarşısındakı xidmətlərindən, insani keyfiyyətlərindən söz açıb. Mehriban, qayğıkeş,  yüksək mənəviyyata malik bir şəxsiyyət və bu günlərdə 85 yaşı tamam olan Eynəddin müəllimin şərəfli ziyalı ömrü yaşadığını, uzun illər pedaqoji və elmi fəaliyyətlə məşğul olduğunu və hazırda müdrik bir ağsaqqal kimi ölkəmizin inkişafı naminə öz bilik və bacarığını əsirgəmədiyini bildirib. Eldar Quliyev yubilyarın həm də ölkəmizə  Azərbaycan Respublikasının qardaş Türkiyədəki  fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov kimi  yüksək intellektli, nəcib və vətənpərvər ziyalı övlad  bəxş etmiş qayğkeş ata və gözəl ailə başçısısı olduğunu da xüsusi qeyd edərək, onu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, uzun ömür, möhkəm cansağlığı və uğurlar arzulayıb.

Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, Milli Məclisin Səhiyyə komitəsinin sədri,  akademik Əhliman Əmiraslanov da Eynəddin Məmmədovun dəyərli bir ziyalı, nüfuzlu elm adamı və alicənab bir şəxsiyyət olduğunu vurğulayaraq onunla bağlı xoş və səmimi fikirlərini bölüşüb, əlamətdar yubileyi münasibətilə təbrik edib. Bildirib ki, bir sıra məsul vəzifələrdə, o cümlədən Azərbaycan Dövlət Aqrar Universitetində yorulmaz fəaliyyəti ilə ölkəmizin tərəqqisinə və elmimizin inkişafına dəyərli töhfələr verən Eynəddin müəllim daim Ulu Öndər Heydər Əliyevə və onun ideyalarına sadiq olub. Bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini qətiyyətlə dəstəkləyir, Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini olaraq xalqımıza dəyərli xidmətlər göstərir. Əhliman Əmiraslanov da, həmçinin, Eynəddin Məmmədovun oğlu, ölkəmizin Türkiyədəki  fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun fəaliyyətini yüksək dəyərləndirib.

Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, professor Eynəddin Məmmədovun ölkəmizin elmi-pedaqoji, ictimai-siyasi həyatındakı xidmətlərinə və müdrik ağsaqqal, nüfuzlu alim olaraq səmərəli fəaliyyəti ilə Vətənimizin tərəqqisinə, respublikamızda ağsaqqallıq institutunun inkişafına  verdiyi töhfələrə görə və 85 illik yubileyi münasibətilə “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edildiyini bildirib. Sonra “Fəxri Ağsaqqal” döş nişanını və hədiyyələri yubilyara təqdim edərək bir daha ona öz təbriklərini çatdırıb.

Digər tədbir iştirakçıları da təbriklərə qoşularaq Azərbaycan Ağsaqqallar Şurasının üzvü, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədr müavini, professor Eynəddin Məmmədovu 85 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə səmimi-qəlbdən təbrik ediblər, ən xoş və səmimi arzularını çatdırıblar.

Eynulla Məmmədov təbriklərə və “Fəxri Ağsaqqal” döş nişanına layiq görüldüyünə görə başda Azərbaycan Ağsaqqallar Şurasının rəhbərliyinə öz dərin minnətdarlığını bildirib. 

 

Ağsaqqallar Şurası Eynəddin Məmmədovu təltif etdi - FOTOLARAğsaqqallar Şurası Eynəddin Məmmədovu təltif etdi - FOTOLARAğsaqqallar Şurası Eynəddin Məmmədovu təltif etdi - FOTOLAR

Избранный
28
2
modern.az

3Источники