RU

İqtisadi Zonaların İnkişafı Agentliyinin gələn il üçün prioritetləri müəyyən edilib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

"İki sahil" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, Şuranın sədri, nazir müavini Səməd Bəşirlinin sədrliyi ilə video formatda keçirilən iclasda Agentliyin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu il qurumun idarəçiliyində olan sənaye zonalarında görülmüş işlər, həyata keçirilən layihələr barədə məlumat verib.

Həmçinin iclas çərçivəsində Agentliyin 2025-ci il üçün qarşıya qoyulmuş prioritet inkişaf istiqamətləri müəyyənləşdirilib, təşkilati–struktur məsələləri müzakirə olunub.

Избранный
35
11
ikisahil.az

10Источники