Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadən xəbər verir ki, Suriya Milli Ordusunun (SMO) PKK/YPG-nin işğalından azad etdiyi Mənbicdə terror təşkilatının əl sənətləri kursu keçdiyi binanın içərisinə baxış keçirilib. Mənbic Yerli Məclisi ilə üzbəüz binada təşkilatın qadın üzvlərinə əl sənətləri adı altında əl istehsalı bomba təhsili verildiyi öyrənilib. Qaçan terrorçuların qərargah daxilində çoxlu sənəd və əşyaları məhv etməyə çalışdıqları müşahidə edilib. Təşkilata aid çoxlu foto və afişalarının yer aldığı binada əl istehsalı bombaların hazırlanmasında istifadə edilən çoxlu batareya və batareyaları bir-birinə bağlayan mexanizmin olduğu görülüb. Müxaliflər tərəfindən kontrol edilən binada elektrik açarında sıxışıb qalmış bomba da zərərsizləşdirilib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта