RU

Azərbaycandan ABŞ-yə pul köçürmələrinin həcmi 4 milyon dollar artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan ABŞ-yə köçürülmüş fiziki şəxslərin pul baratlarının həcmi artıb.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, 9 ayda fiziki şəxslər tərəfindən ABŞ-yə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 milyon 165 min dollar və ya 10,2% daha çox pul köçürülüb.

Bununla da ABŞ-yə köçürmələrin ümumi həcmi 44 milyon 991 min dollara çatıb. 2023-cü ilin ilk 9 ayında bu göstərici 40 milyon 826 min dollar təşkil edib. 

Ən sərfəli kredit üçün müraciət et

Избранный
27
banco.az

1Источники