RU

İcra başçısının müavini vəzifəsindən azad edilib

Qusar Rayonu İcra Hakimiyyəti başçısının aparatının strukturunda dəyişiklik olub.

Milli.Az xəbər verir ki, Qusar RİH-nin başçısı Sahir Məmmədxanovun əmrinə əsasən, başçının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev Əkbər oğlu vəzifəsindən azad edilib.

Onun yerinə hər hansısa təyinat baş tutmayıb və hazırda vakantdır. Başçının yalnız bir - I müavini var.

Xatırladaq ki, Sahir Məmmədxanov Azərbaycan Prezidentinin sərəncamına əsasən, Qusar Rayonu İcra Hakimiyyəti başçısı təyin edilib.

Milli.Az

Избранный
29
5
milli.az

6Источники