"Qarabağ" İsveçdə qalib gələcək gücə malik idi.
Sadəcə, hücum fazasında ciddi islahatlara ehtiyac var.
Artıq Zubir-Benzia-Juninyo triosunun faydalı iş əmsalı çox aşağıdır. Qapıya uzaqdan endirilən ilk zərbə 72-ci dəqiqədə oldu.
Gördük ki, rəqib sıx kompakt müdafiə olunur. Yəni, qısa ötürmələr cərimə meydançasında fayda vermir, bloklayırlar.
Bunun tək bir açarı var - uzaqdan zərbə ilə işi çözmək. Çox təəssüf ki, "Qarabağ" bu mövsüm Avropada ümidlərimizidoğrultmadı".
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Avropa Liqasının Liqa mərhələsində 6-cı tur çərçivəsində keçirilən "Elfsborq" – “Qarabağ" (1:0) qarşılaşması barədə danışıb.
Komandaların oyun planları üzərindən dəyərləndirmə edən Elçin Cəfərov "Qarabağ"ın bal yapmayan arı kimi oynayaraq, keyfiyyəti üstün olmayan futbolundan danışıb.
Deyib ki, "Elfsborq" topu rəqibə verib, 8 nəfərlə müdafiə olunsa da, ani çıxışlarda cinahlardan təhlükə yaradıb və istəyinə çatıb.