Qusar Rayonu İcra Hakimiyyəti başçısının aparatının strukturunda dəyişiklik olub.
KONKRET.az xəbər verir ki, Qusar RİH-nin başçısı Sahir Məmmədxanovun əmrinə əsasən, başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev Əkbər oğlu vəzifəsindən azad edilib.
Onun yerinə hər hansısa təyinat baş tutmayıb və hazırda vakantdır. Başçının yalnız bir – I müavini var.
Xatırladaq ki, Sahir Məmmədxanov Azərbaycan Prezidentinin sərəncamına əsasən, Qusar Rayonu İcra Hakimiyyəti başçısı təyin edilib../milliaz