RU

Deputat: "Bizə daha çox güclü diplomatlar lazımdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Bu gün diplomatik xidmətə daha çox önəm verməliyik".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.
O bildirib ki, hazırda bütün dünya, xüsusən də Qərb dairələri Azərbaycanın üstünə gəlir:
"Ona görə də bizə daha çox güclü diplomatlar lazımdır. Çünki diplomatiya dünyada yumşaq güc kimi istifadə edilir və buna görə də güclü diplomat baş ucalığıdır. Nümunə olaraq Prezident İlham Əliyevi göstərə bilərik ki, Vətən müharibəsində məhz onun diplomatiyası başımızı uca etdi".
"Bir neçə il əvvəl BMT TŞ-yə qeyri-daimi üzv seçilməyimiz, Qoşulmama Hərəkatına sədrliyimiz, COP29 konfransına ev sahibliyi və digərləri böyük diplomatik məharət tələb edirdi. Azərbaycan bunu uğurla icra edib və bütün bunlar ölkəmizin inkişafı üçün baza rolunu oynayır, ölkəmizin diplomatik inkişafa fokuslandığını göstərir", - deyə deputat əlavə edib.
Mərahim Nəsib
Избранный
53
50
oxu.az

10Источники