RU

Nikol Paşinyan Moskvaya gedib

Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün Moskvaya gedib.

Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Belə ki, dekabrın 13-də Moskvada Avrasiya Hökumətlərarası Şurasının iclası keçiriləcək. İştirakçılar Aİİ çərçivəsində iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Nikol Paşinyan hadisəni İnstaqramda paylaşaraq təyyarədən video yayımlayıb və yazıb: “Gəlin Moskvaya uçaq”.

Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurası Aİİ daxilində müqavilələrin icrasını və icrasına nəzarəti təmin edir. Avrasiya İqtisadi İttifaqına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir.

//Samir Qurbanov, Editor.az

 

Избранный
21
27
editor.az

10Источники