RU

“Diplomatik xidmət haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı

Milli Məclisdə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Musavat.com bildirir ki, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi qonaqların da iştirak etdiyi müzakirələr spiker Sahibə Qafarovanın sədrliyi ilə aparılır.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verərkən ötənlərə ekskurs edib. Bildirib ki, üzləşdiyimiz faciələrin, Ermənistanın işğalının, sanksiyalara məruz qalmağımızın səbəbi həm də 90-cı illərin əvvəllərindəki idarəçilik olub:

“Qanunsuz AXC-Müsavat hakimiyyəti dövründə vəziyyət daha da faciəvi olub. Qeyri-peşəkar və gerizəkalı Xarici İşlər Nazirliyi rəhbərliyinin fəaliyyətsizliyi nəticəsində Azərbaycan torpaqlarının işğalı ilə bağlı dünya ictimaiyyətində tamamilə yanlış fikir formalaşır. O zaman Azərbaycana qarşı sanksiyalar tətbiq olunurdu. Həmin illərdə yarıtmaz xarici siyasət nəticəsində ölkəmizin imicinə çox ciddi və aradan qaldırılması üçün uzun illər lazım gələcək zərərlər yetirildi".

Əli Hüseynli qeyd edib ki, o zaman hətta region dövlətləri ilə - Türkiyə, Rusiya və İranla münasibətlər anlaşılmaz səviyyə gətirilib çıxarılmışdı:

“Bütün bu faciələrin fonunda həmin dövrdə Naxçıvanda rəhbərlikdə olan Heydər Əliyev isə yüksək diplomatiya nümayiş etdirərək heç bir konflikt yaratmadan sovet qoşunlarının Naxçıvandan çıxarılmasına nail olub, Türkiyə və İranla dostluq, mehriban qonşuluq münasibətləri yaradaraq Naxçıvanı da işğaldan xilas etdi. Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıdışı ilə müstəqil Azərbaycanın xarici siyasətində dönüş yaradıldı, müasir diplomatiyanın, diplomatik xidmətin əsası qoyulmuş oldu”.

E.Paşasoy,
Musavat.com

Избранный
26
musavat.com

1Источники