RU

İlk dəfə narkotik qəbul edən tələbə kor oldu

ABŞ-də Kayli adlı əlaçı tələbə ilk dəfə narkotikdən istifadə etdikdən sonra halüsinasiyalar səbəbindən görmə qabiliyyətini itirib. Bu barədə "Daily Mail" məlumat yayıb. 

Məlumata görə, pis vərdişləri olan gənclərin əhatəsinə düşən tələbə halüsinasiyaya səbəb olan metamfetamini həddindən artıq dozada qəbul etməyə başlayıb.

Həkimlər bildiriblər ki, Kayli xəstəxanaya çatdırılsa da cərrahlar infeksiyanın qarşısını almaq üçün onun gözlərinin bir hissəsini çıxarmalı olublar. İndi qadın kor olmasına baxmayaraq özünü həmişəkindən daha xoşbəxt hiss etdiyini deyib. O, gəncləri narkomaniyaya qarşı xəbərdar etmək ümidi ilə hekayəsini jurnalistlərlə paylaşıb.

Tural

Избранный
45
news365.az

1Источники