RU

Kamran Həsənov: "Moskva danışıqlar aparmasa, Tramp sanksiyaları sərtləşdirəcək"

Rusiyanın RUDN Universitetinin Jurnalistika nəzəriyyəsi və tarixi kafedrasının baş müəllimi Kamran Həsənov Tsargrad.tv ilə söhbətində ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Moskvanın Ukrayna ilə bağlı təklif etdiyi sazişi imzalamadığı təqdirdə özünü necə aparacağı ilə bağlı spekulyasiya edib.

HİT.az xəbər verir ki, ekspertin sözlərinə görə, Moskva danışıqlara razı olmasa, Tramp sanksiyaları sərtləşdirəcək:

"Onların fikrincə, Moskva da danışıqlara razılıq verməyə borcludur. Əgər bunu etməsə, o zaman Tramp özünün B planını işə salmağa başlayacaq ki, bu da xüsusilə sanksiyaların daha da sərtləşdirilməsini nəzərdə tutur".

Kamran Həsənov bildirib ki, Kiyevə gəlincə, onlar da danışıqlara razı olmasa, həm maliyyə, həm də hərbi yardım kəsiləcək. 

Dekabrın əvvəlində "Reuters" Trampa yaxın mənbələrə və onun müşavirlərinin planla bağlı təkliflərinin təhlilinə istinadən yazıb ki, seçilmiş prezident Ukrayna münaqişəsinin həlli planına Ukraynanın Rusiyanın xeyrinə ərazilərdən imtina etməsi, həmçinin ölkənin NATO-ya üzvlüklə bağlı sualın aradan qaldırılması daxildir. 

Jurnalistlər qeyd edirlər ki, Trampın müşavirləri Ukraynadakı münaqişəyə son qoymaq təkliflərini açıq şəkildə müzakirə edirlər, ona görə də ərazilərin əhəmiyyətli bir hissəsi Rusiya Federasiyasına veriləcək.

Samir
 

Избранный
60
50
hit.az

10Источники