RU

Çirkab suları altında qalan QƏSƏBƏ – Problem 10 ildən çoxdur niyə həllini TAPMIR? - VİDEOSÜJET

Xəzər rayonunun Mərdəkan və Şağan qəsəbələrində kanalizasiya sisteminin olmaması ərazidə yaşayan sakinlərin rahatlığını pozub.  Sərnişin avtobuslarının da keçdiyi qəsəbə yolları kanalizasiya sularının yığıldığı çirkab gölməçəsinə çevrilib. Hər yağış yağanda isə sözügedən ərazilərdə daha acınacaqlı mənzərə yaranır.  

Bununla bağlı Bizim.Media-ya Mərdəkan qəsəbə sakinləri adından Rübabə Ağayeva şikayətlənib.
 

10 ildən çoxdur eyni problemdən əziyyət çəkdiklərini deyən şikayətçi yağıntılardan sonra Heybətqulu Məmmədbəyli küçəsinin yaxınlığındakı yolların bərbad vəziyyətə düşdüyünü, nəinki piyadalar, hətta avtomobillər üçün hərəkətin çətinləşdiyini deyib. 


Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara rəsmi müraciət edilsə də, problem həllini tapmır. Daha doğrusu İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti sözügedən ünvanda kanalizasiya sisteminin qurulmasına razılıq versə də, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti yerin altından elektrik xətləri keçdiyini əsas gətirərək, qazıntı işlərinə icazə vermir.

Daha ətraflı videosujetdə:


Alçina Amilqızı, Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

Избранный
18
2
bizim.media

3Источники