RU

Erməni politoloq İbrahim Kalının Suriyaya səfərindən YAZDI

“İbrahim Kalının Suriyaya səfəri təkcə onun Türkiyədə bir nömrəli şəxsə çevrilməsi, ölkə hüdudlarından kənarda hərbi və siyasi fəaliyyətlərə cavabdeh olması ilə bağlı deyil”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Ara Poqosyanın feysbuk statusunda yer alıb.

Erməni ekspertə görə, Türkiyənin Suriya, İraq, Liviya və Qarabağdakı fəaliyyətini koordinasiya edən MİT olub.

“Son hadisə həm də ona görə simvolikdir ki, Türkiyə Suriyadakı rejimin süqutunun əsas təşkilatçısı və faydalanan tərəfdir. İndi onun faydalarını toplamağın vaxtı gəlib”, - deyə Poqosyan yazıb.

Musavat.com

Избранный
21
25
musavat.com

10Источники