RU

Azərbaycan və Belarus birgə preparat istehsal edəcək

Bakı. Trend:

Ölkəmizdə səfərdə olan Belarus Respublikasının “BelVitunifarm”Açıq Səhmdar Cəmiyyətinin (ASC) nümayəndə heyəti ilə AzərbaycanQida Təhlükəsizliyi İnstitutunda (AQTİ) görüş keçirilib.

Trendxəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi(AQTA) məlumat yayıb.

Bildirilib ki, görüşdə iki ölkənin müvafiq qurumları arasındamövcud olan əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyivurğulanıb.

Görüş çərçivəsində AQTİ-nin İdarə Heyətinin sədri Ə.Nəbiyev və“BelVitunifarm” ASC-nin Baş direktoru İ.Darovskix ölkəmizdəbaytarlıq preparatlarının birgə istehsalı müəssisəsinin yaradılmasıilə bağlı əməkdaşlıq və məxfilik müqaviləsi imzalayıblar.

“Əməkdaşlıq Müqaviləsi”ndə Azərbaycanla Belarus arasında sənayeəməkdaşlığının inkişafı, həmçinin respublikamızda müvafiq istehsalmüəssisəsinin yaradılması ilə ölkəmizin öz istehsalı olan baytarlıqpreparatları ilə təmin edilməsi və digər dövlətlərə satışınınhəyata keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda sənəddə quduzluğa qarşı vaksin tərkibli hazıraldadıcı yemlərin və kimyəvi-əczaçılıq baytarlıq preparatlarınınistehsalının təşkili, eləcə də baytarlıq preparatlarının istehsalıvə istifadəsi sahəsində mütəxəssislərin hazırlanması,məsləhətləşmələrin aparılması, işçilərin ixtisaslarının artırılmasıüçün müvafiq sahələr üzrə təlimlərin keçirilməsi, yeni elmitədqiqatlar haqqında qarşılıqlı məlumat mübadiləsinin aparılması vədigər məsələlər əksini tapıb.

Daha sonra ölkəmizdə səfərdə olan nümayəndə heyəti iş prinsipiniöyrənmək məqsədilə AQTİ-nin laboratoriyalarına baxış keçirib.

Избранный
14
1
az.trend.az

6Источники