RU

“Qoca qitə”də QAÇQIN PROBLEMİ: Suriyalılar Berlini CƏHƏNNƏMƏ ÇEVİRƏCƏKLƏR – FOTO

Avropanın 10 ölkəsi, o cümlədən Almaniya, Danimarka və Avstriya suriyalı qaçqınları vətənlərinə göndərəcəklərini bəyan ediblər. “AiF” nəşrinin məlumatına görə, buna səbəb Suriyada Bəşər Əsəd rejiminin artıq olmamasıdır. Alman siyasətçilər Suriyadan olan qaçqınları vətənlərinə aparacaq təyyarələr icarəyə götürməyi təklif ediblər və vidalaşarkən hər kəsə min avro verilməsi planlaşdırılıb.

Lakin Avropada, o cümlədən Almaniyada yaşayan bir milyona yaxın qaçqın suriyalı bu vəziyyətlə razı deyil. “AiF” nəşrinin apardığı sorğunun nəticələrinə görə, onlar Almaniyanı tərk etməyəcəklərini, əgər məcbur etsələr qaçacaqlarını, hətta etiraz edəcəklərini, Berlini dağıdacaqlarını bildiriblər. Qeyd olunub ki, Qərb Suriyada müharibə başladıb, yüzminlərlə insanı məhv edib, milyonlarla insanı qaçqına çevirib və indi pul ödəsin, öz şəri üçün cavab versin.

“Qoca qitə”də QAÇQIN PROBLEMİ: <span style=color:red>Suriyalılar Berlini CƏHƏNNƏMƏ ÇEVİRƏCƏKLƏR - FOTO

Maraqlıdır, Avropa suriyalı qaçqın problemindən canını necə qurtaracaq? Suriyalıların buna etirazı hansı hadisələrə gətirib çıxaracaq? Problem ədalətli şəkildə həllini necə tapmalıdır?

“Qoca qitə”də QAÇQIN PROBLEMİ: <span style=color:red>Suriyalılar Berlini CƏHƏNNƏMƏ ÇEVİRƏCƏKLƏR - FOTO

Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, Qərb üçün qaçqın suriyalı məsələsi həm olduqca həsas, həm də kifayət qədər aktual mövzudur.

“Qoca qitə”də QAÇQIN PROBLEMİ: <span style=color:red>Suriyalılar Berlini CƏHƏNNƏMƏ ÇEVİRƏCƏKLƏR - FOTO

Millət vəkilinin qənaətincə, Almaniyadakı qaçqınların Suriyada baş verən hadisələrin səbəbkarı kimi həm də Qərb ölkələrini, Avropa dövlətlərini göstərmələri, baş verən vətəndaş müharibəsinə, dağıntılara, “qoca qitə”yə qaçqın axınına görə avropalı siyasətçilərin ünvanlarına tənqidi fikirlər səsləndirmələri başadüşülındir: “Əslində məhz qaçınların ümumi vəziyyətindən irəli gələrək, məsələyə hər birinin müəyyən mənada bu şəkildə münasibət bildirilməsi başa düşüləndir. Avropa ölkələrinin qaçqınlarla bağlı xüsusi siyasəti var. Təkcə Suriyadan yox, dünyanın müxtəlif yerlərində baş verən münaqişələr nəticəsində Avropa ölkələrinə üz tutan qaçqınlar olub. Moskva-Kiyev hərbi qarşıdurması nəticəsində milyonlarla Ukrayna vətəndaşını Avropa ölkələrində məskunlaşıb. Belə bir reallıqda Qərb ölkələrinin bir qismində qaçqınlarla bağlı vəziyyət mürəkkəbləşib. Çünki yerli hökümətlərin qaçqınlara göstərdikləri dəstək həmin ölkələrin vətəndaşları tərəfindən birmənalı qarşılanmır. Hətta bəzi ölkələrdə parlamentdə keçirilən seçkilər zamanı qaçqın mövzusu seçki qabağı kampaniyanın əsas mövzularından biri hesab olunur. Bu da onu göstərir ki, qaçqın mövzusu kifayət qədər əsasdır. Həmin partiyalar öz hökumətlərinə də təsirlər göstərirlər. İndi bəzi ölkələrdə hətta parlamentdə ultra sağçılar çoxluq təşkil edir. Onlar hökumətə, dövlətə təsir edirlər ki, suriyalı qaçınlarla bağlı sərt qərarlar qəbul olunsun”.

“Qoca qitə”də QAÇQIN PROBLEMİ: <span style=color:red>Suriyalılar Berlini CƏHƏNNƏMƏ ÇEVİRƏCƏKLƏR - FOTO

Deputat A.Allahverənov qeyd edib ki, Avropa ölkələri suriyalılarla bağlı sərt qərarlar qəbul etmək qərarına gəlsələr və ya sərt siyasət yürütməyə başlasalar, bu, heç də xoşagələn hallara nəticələnməyəcək: “Həmin Avropa ölkələri 1951-ci Konvensiyasına qoşulmuş dövlətlərdir. Bu Konvensiyaya uyğun olaraq, həmin ölkələr sığnacaq axtaran şəxslərlə bağlı konkret olaraq üzərlərinə öhdəliklər götürüblər. Bu öhdəliklərin yerinə yetirilməməsi beynəlxalq təşkilatlar tərəfindən çox sərt tənqid olunacaq. Bu gün Bəşər Əsəd hakimiyyətdən devrilibsə, bu o demək deyil ki, həmin qaçqınların öz ölkəsinə təhlükəsiz şəkildə qayıtması üçün müəyyən imkanlar yaranıb. Çünki faktiki olaraq Suriyanın böyük şəhərləri də dağıntılara məruz qalıb, ora yaşayış üçün çox əlverişsizdir. Digər bir tərəfdən də Suriyada hələ vətəndaş müharibəsi bitməyib. Dünən Bəşər Əsədə qarşı müxtəlif siyasi cərəyanlar və hərbi birləşmələr müharibə aparırdısa, eyni zamanda müharibənin onların öz aralarında da aparıldığının biz şahidi olmuşuq. Biz vətəndaş müharibəsinin bitmədiyini əsas götürsək, artıq təxmin edə bilərik ki, bu təhlükələrdən qaçaraq Avropa ölkələrində məskunlaşmış suriyalı qaçqınlıarın hələ təhlükəsiz şəkildə öz ölkəsinə qayıtması üçün əlverişli mühit yaranmayıb. Siyasi müstəvidə bir çox məsələlər öz həllini tapdıqdan, hökümətin fəaliyyət göstərməsi, müəyyən razılığın əldə olunması, sülh şəraitinin yaranması baş verdikdən sonra onların qayıtması mümkün olacaq. Belə olduğu təqdirdə belə, əgər dünya Suriyanın bərpa olunması üçün zəruri imkanları səfərbər etsə və buna nail olarsa, onda dediyimiz o təhlükəsiz qayıdış rahat şəkildə baş verə bilər”.

Nailə QASIMOVA

Избранный
22
medianews.az

1Источники