RU

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması istiqamətində müzakirələr aparılır

“Hərbi xidmət müddətinin azaldılması istiqamətində müzakirələr aparılır”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi, polkovnik Azər Babayev deyib.

“Hərbi xidmət müddətinin azaldılması ilə bağlı deyə bilərəm ki, bizdə hazırda müzakirələr aparılır. Çağırışın təşkilində və keçirilməsi istiqamətində mənfi təsirlərin qarşısını almaq istəyirik. Biz hərbi xidmət müddətinin azaldılması istiqamətində başqa bir istiqamət fikirləşirik. Burda həmişə ali və orta təhsillilərin fərqi nəzərdə tutulur. Vətəndaşların konstitusion hüquqları var və orada ali və orta təhsillini fərqləndirmək düzgün deyil. Çünki konstitusiyada yazılıb ki, hər bir vətəndaş hərbi xidmət keçməlidir. Orda ki, ali təhsilli və ya orta təhsilli deyə ayrılmayıb. Biz onların bərabərləşdirilməsi istiqamətində addım atmağı fikirləşirik. Amma hələ buna hazır deyilik”, - deyə idarə rəisi bildirib.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev həbri xidmət müddətinin 1 il 6 aydan 1 ilə endirilməsinin mümkün olub-olmaması ilə bağlı sual vermişdi.

Anar Kəlbiyev

 

 

Избранный
175
4
unikal.az

10Источники