RU

Alternativ xidmət üçün müraciət edənlər yalnız "Yahova şahidləri"dir

Alternativ xidmətlə bağlı müraciət edənlər yalnız "Yahova şahidləri" dini cərəyanın üzvləridir.

Modern.az xəbər verir ki, bunu  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deyib.

“Alternativ xidmət dedikdə, yalnız ödəniş məsələsi yada düşür. Burada əqidəsinə görə xidmət keçmək istəməyənlər də var. Belə adamlar arasında "Yahova şahidləri" də var”. 

Müdafiə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev vurğulayıb ki, bunun üçün müraciət edənlərin sayı 15-16 nəfər olub.

Избранный
13
modern.az

1Источники