Bu gün minlərlə suriyalı Əməvi məscidində cümə namazına gəlib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, məsciddə xütbəni şəxsən ölkənin yeni baş naziri Məhəmməd əl-Bəşir oxuyub.
Yayımlanan görüntülərdə məscid ziyarətçilərinin çoxu əllərində Türkiyə bayraqları tutur və bununla da Bəşər Əsəd rejiminin devrilməsində göstərdiyi dəstəyə görə Ankaraya təşəkkür edirlər.
Eyni vaxtda, xəbər verilir ki, Rusiya bütün hərbi texnikasını Suriyadakı kiçik bazalarından Tartus və Xmeymimdəki iki böyük bazaya doğru çıxarır.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) December 13, 2024