RU

Rusiya ilə Almaniya arasında ticarət ÇÖKÜR

Cari ilin on ayının nəticələrinə əsasən, Rusiya müəssisələrindən Almaniyaya məhsulların tədarükünün ümumi dəyəri 2023-cü ilin eyni dövrü ilə müqayisədə iki dəfə - 51,8 faiz azalıb. Almaniyadan Rusiya Federasiyasına mal ixracı 17,1 faiz azalıb.

Publika.az xəbər verir ki, bu barədə "Lenta.ru" Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) hesabatına istinadən məlumat yayıb. Bildirilir ki, ikitərəfli ticarət-iqtisadi əlaqələr kəskin şəkildə pisləşib.

Qeyd olunur ki, bu ilin oktyabr ayında Almaniyadan Rusiyaya məhsulların tədarükü 9,4 faiz ucuzlaşıb. Məbləğ 628,7 milyon avro təşkil edib. Rusiya Federasiyasından Almaniyaya ixrac isə oktyabrın sonunda sentyabr ayı ilə müqayisədə 27,4 faiz artaraq 153,6 milyon avro təşkil edib.

Oktyabr ayının məlumatlarına görə, Almaniyadan Avropa İttifaqı (Aİ) ölkələrinə ixrac 0,7 faiz azalaraq 68,9 milyard avroya, Aİ-dən kənar ölkələrə isə 5,3 faiz azalaraq 55,7 milyard avroya düşüb.

Избранный
15
31
publika.az

10Источники