RU

Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanda səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielse ilə görüşüb, Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib.

“İki sahil” xəbər verir ki,  bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Baş Qərargah rəisi Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, Ordumuzun Vətən müharibəsində qazandığı qələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldə olunan döyüş təcrübəsinin qoşunların hazırlığında tətbiqindən danışıb.

General-polkovnik K.Vəliyev Azərbaycanın NATO ilə müxtəlif proqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant M.Nielsen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib.

Qonaq NATO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda və digər tədbirlərdə fəaliyyətini yüksək qiymətləndirib. Görüşdə NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Избранный
32
27
ikisahil.az

10Источники