RU

Kanada Trampın "zarafatları"ndan narazıdır

Kanada parlamentinin üzvləri ABŞ-ın seçilmiş prezidenti Donald Trampın Kanadanı "51-ci ştat" adlandırmasını heç də gülməli olmayan zarafat adlandırıblar.  Bu barədə The Hill məlumat yayıb.

Son belə hadisə Trampın Kanada baş naziri Castin Trüdo ilə görüşündən sonra baş verib. ABŞ-ın gələcək prezidenti bu görüş haqqında öz sosial şəbəkəsində yazaraq, Trüdonu "Böyük Kanada Ştatının qubernatoru" kimi təqdim edib.

Keçən ay Tramp Kanadanı "51-ci ştat" adlandıraraq zarafat edib, yaxın günlərdə isə süni intellekt vasitəsilə hazırladığı və Kanada bayrağı ilə bir dağın üstündə dayanmasını əks etdirən bir fotoşəkil paylaşıb. 

Kanada Yaşıllar Partiyasının lideri Elizabet Mey bildirib ki, şəxsən Trampın sosial şəbəkəsini izləməsə də, bu cür zarafatlar "gülməli deyil".

"Bu, gülməli deyil və sosial şəbəkələrdə bunun davam etməsi məni daha çox narahat edir," -  o vurğulayıb.

Mey qeyd edib ki, Kanadadakı bütün siyasətçilər Trampa qarşı ehtiyatlı olmalı, Kanadanı istismar etməyə və onun haqqında həqiqət olmayan şeylər söyləməyə imkan verməməlidirlər.
 
N.Təbrizli

www.anews.az
Избранный
20
anews.az

1Источники