Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi naziri Robert Habek Almaniyanın “Handelsblatt” iqtisadi qəzetinin təşkil etdiyi “Sənaye Zirvəsi 2024” adlı konfransda çıxış edib.
İndex.az xəbər verir ki, Habek Çindən gələn rəqabət və aşağı tələbatla çətin vəziyyətdə olan Alman avtomobil sənayesinin gələcəyi ilə bağlı xəbərdarlıq edib.
Habek Almaniyanın elektrikli avtomobil bazarını stimullaşdırmaq üçün daha çox şey edə biləcəyinə diqqət çəkərək, misal olaraq işlənmiş və ya yeni elektrikli avtomobil alarkən min avroluq ödəniş krediti və aşağı və orta gəlirli insanlar üçün vergi güzəştlərini göstərib.
Habek Alman avtomobil istehsalçısı “Volkswagen”dən daha ucuz elektrik avtomobilləri istehsal etməsini də xahiş edib.
Robert Habek həmçinin “Volkswagen” tərəfindən istehsal edilən sərfəli elektrik avtomobillərinə daha çox tələbatın olacağına diqqət çəkib.