RU

Rəis gedir, yenisi gəlir, ancaq sistem dəyişmir - Daha bir idarədəki tender şübhə yaradıb

Bir neçə ay bundan öncə işində nöqsanlar buraxdığına görə Samux Suvarma Sistemləri İdarəsinin rəisi vəzifədən azad edilib, hətta yerinə yeni təyinat da olub. Ancaq  burada deyəsən müsbətə doğru dəyişiklik gözləməyə dəyməz.

Mia.az Hurriyyet.az-a istinadla xəbər verir ki, yeni idarə müdiri kresloya oturan kimi yarım milyonluq tender elan edib.

Sayt bu barədə yazıb: "Güya ki, Tatlı arxının, nəqliyyat vasitələrinə, torpaqqazan mexanizmlərin ehtiyyat hissələrinə, subartezianların təmirinə və s. Dövlət büdcəsindən, tender elan edərək, 417 min manat maliyyə əldə olunub. Sözügedən və adı çəkilən təmirdə kəndlərin su sistemlərinin nə qədər təmir olunması, alınan malların həqiqəti doğrultması sual altındadır.

Aşağıda Tenderlərin siyahısını tqdim edirik:

Məbləğ: 119.736.63 AZN
"AZAM GROUP"MMC
Tatlı arxının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işlərinin satınalması.
Nizamnamə kapitalı 10.00 azn, Qanuni təmsilçi Əhməd Mehtiyev Ramazan oğludur.

Məbləğ: 39.400 azn
"DREAM HOUSE CONSTRUCTİON" MMC
Layihə -smeta sənədlərinin hazırlanması işlərinin satınalınması
Nizamnamə kapitalı: 520.00 azn, Qanuni təmsilçi Vahid Çələbiyev Rövşən oğlu.

Məbləğ: 47.995.32 azn
"AVTO TEXNİKA DETALİNG" MMC
Nizamnamə kapitalı: 20.00 azn Qanuni təmsilçi Teymur Müslümov Əkrəm oğlu.

Məbləğ: 210.000
"AZƏRTRANSS" MMC
Nizamnamə kapitalı: 20.00 azn, Qanuni təmsilçi Adil Qasımov Məmməd oğlu".
 

Избранный
16
2
mia.az

3Источники