RU

Qlobal bazarda elektrikli avtomobil satışları rekord qırdı - RƏQƏMLƏR

Dünyada elektrikli avtomobil satışları noyabr ayında 1,83 milyon ədədə çataraq ardıcıl üçüncü dəfə rekord səviyyəyə yüksəlib.

Valyuta.az xəbər verir ki, Böyük Britaniyada yerləşən "Rho Motion" tədqiqat şirkətinin elektrikli avtomobil satışlarına dair noyabr ayı məlumatlarına əsasən, bu dövrdə qlobal satışlar əvvəlki ayla müqayisədə 100 min ədəd artıb.

Bu artım nəticəsində noyabrda elektrikli avtomobil satışları illik müqayisədə 32%, aylıq müqayisədə isə 6% artıb. Qeyd edək ki, noyabr ayında satılan elektrikli avtomobillərin 1,3 milyon ədədi Çin bazarına aid olub.

Yanvar-noyabr dövründə qlobal elektrikli avtomobil satışları 15,2 milyon ədədə çatıb və bu, keçən ilin eyni dövrü ilə müqayisədə 25% artıma işarə edir.

Bu dövrdə satışların 9,7 milyon ədədi Çində qeydə alınıb ki, bu da illik müqayisədə 40%-lik artım deməkdir. Avropa İttifaqı və Böyük Britaniyada isə yanvar-noyabr aylarında 2,7 milyon ədəd elektrikli avtomobil satılıb, lakin bu bölgələrdə satışlar illik müqayisədə 3% azalıb.

ABŞ və Kanadada isə bu dövrdə 1,6 milyon ədəd elektrikli avtomobil satılaraq illik müqayisədə 10% artım qeydə alınıb. Dünyanın digər ölkələrində isə 1,1 milyon ədəd elektrikli avtomobil satılıb.

"Rho Motion"un məlumat rəhbəri Çarlz Lester bu göstəriciləri şərh edərək, son üç ayda elektrikli avtomobil satışlarında ciddi artım müşahidə olunduğunu və ardıcıl rekordların qeydə alındığını vurğulayıb: 

"Lakin regional mənzərəyə baxdıqda, satışların paylanmasında qeyri-bərabərlik mövcuddur. Avropada elektrikli avtomobil satışları 3% azaldığı halda, Çinin noyabr ayındakı satışların üçdə ikisini təşkil etdiyi görünür",

Xatırladaq ki, qlobal elektrikli avtomobil satışları sentyabr ayında 1,7 milyon, oktyabrda isə 1,72 milyon olmuşdu.

Paşa Məmmədli

Избранный
19
33
valyuta.az

10Источники