Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsinə vətəndaş cəmiyyəti institutları nümayəndələrinin infoturu təşkil edilib.
Tədbir valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən sosial xidmətlər və cəmiyyətə inteqrasiyası sahəsində görülən işlər barədə məlumat vermək, həmçinin QHT-lərin bu sahə ilə bağlı rəy və təkliflərini öyrənmək məqsədi daşıyıb.
İnfotur iştirakçıları müəssisədə yaradılan şəraitlə, burada uşaqlara göstərilən xidmətlərlə tanış olublar.
Məlumat verilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqların dövlət himayəsində yaşadığı 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində hazırda 97 uşaq dövlət qayğısı ilə əhatə olunur.
Müəssisəyə qəbul edilən uşaqlar dövlət hesabına yataqxana, yemək, sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedoqoji və sosial-hüquqi xidmətlərlə təmin olunurlar.
Burada həmçinin onların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə tədbirlər görülür, asudə vaxtları səmərəli təşkil edilir.
İnfotur iştirakçılarını maraqlandıran suallar da cavablandırlıb, onların rəy və təklifləri dinlənilib.