RU

Mağaza müdiri axtarılır - MAAŞ 1200 MANAT + BONUS - VAKANSİYA

NOEMI FLOWER

Mağaza müdiri

Son tarix 13 yan 2025 - [email protected]

İş barədə məlumat: 

  • Gül satışı və Dekor işləri biznesinə bu sahələrdə idarəetmə təcrübəsi olan mağaza müdürü tələb olunur. 
  • İş günləri: Bazar ertəsi - Şənbə
  • İşləyəcəyi sektor: Gül satışı, Dekor, Tədbirlərin bəzənməsi və digər bənzər xidmətlər
  • Hesabat Verəcəyi Şəxs: Biznes Rəhbəri 

Ümumi Təsvir: 
Mağaza Müdürü mağazanın ümumi idarəetməsinə cavabdeh olan, satışların davamlı artımını təmin edən, müştəri məmnuniyyətini yüksəldən və komanda işini effektiv şəkildə təşkil edən əsas şəxsdir. Bu vəzifə həm pərakəndə, həm də korporativ satışların idarə olunmasını, reklam və marketinq fəaliyyətlərinin dəstəklənməsini əhatə edir.

Əsas Vəzifə Öhdəlikləri:
Satışların və Gəlirlərin İdarə Edilməsi:

  • Pərakəndə və korporativ satış strategiyalarını formalaşdırmaq və həyata keçirmək.
  • Satış hədəflərinə nail olmaq üçün yeni müştərilərin cəlb edilməsini və mövcud müştəri bazasının genişləndirilməsini təmin etmək.
  • Yeni məhsul və xidmət təklifləri hazırlayaraq biznesin rentabelliyini artırmaq.
  • Müştəri Münasibətləri İdarəetməsi (CRM):
  • Müştəri bazasının idarə olunması və genişləndirilməsi üçün CRM sistemini tətbiq etmək və effektiv şəkildə idarə etmək.
  • Müştəri loyallığını artırmaq üçün kampaniyalar və proqramlar hazırlamaq.

Müştəri Xidmətləri:

  • Yüksək keyfiyyətli müştəri xidmətləri standartları hazırlamaq və tətbiq etmək.
  • Müştəri məmnuniyyətini ölçmək və davamlı inkişaf üçün tədbirlər görmək.
  • Həm mağazaya gələn müştərilər, həm də onlayn müştərilərə xidmətin göstərilməsi və xidmət standartlarının tətbiq edilməsi. 

Hesabatlıq və Analiz:

  • Həftəlik, aylıq və illik satış hesabatlarını hazırlamaq, dəyərləndirmək və lazımi tədbirləri həyata keçirmək.
  • Bazar analizləri aparmaq, rəqabət mühitini izləmək və uyğun tədbirlər görmək.

Komanda İdarəçiliyi:

  • İşçi heyətini motivasiya etmək, təlimatlandırmaq və performanslarını dəyərləndirmək.
  • Satış, müştəri xidməti və məhsul menecmenti üzrə komanda ilə sıx əməkdaşlıq etmək.

Korporativ Müştərilərlə İş:

  • Korporativ müştəri portfelini genişləndirmək və bu müştərilərlə davamlı əməkdaşlıq yaratmaq.
  • Korporativ müştərilər üçün xüsusi təkliflər və kampaniyalar hazırlamaq.

Marketinq və Reklam:

  • Marketinq və reklam fəaliyyətlərinin planlanmasında iştirak etmək.
  • Reklam və satış nəticələri arasında əlaqəni izləmək və nəticələri dəyərləndirmək.

Namizədlik Tələbləri:

  • Gül satışı və idarəetmə və ya marketinq sahəsində ən azı 2 illik iş təcrübəsi.
  • Liderlik və idarəetmə bacarıqları.
  • Müştəri yönümlü düşüncə tərzi və yüksək kommunikasiya bacarığı.
  • Satış, CRM və müştəri xidmətləri ilə bağlı sistem və proqramlarda işləmə bacarığı.
  • Azərbaycan və Rus dillərində danışıq.

Maaş sistemi:

  • Net aylıq maaş: 1200 AZN + BONUS

Maraqlanan namizədlərdən cv-lərini elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Избранный
38
fed.az

1Источники