RU

Dövlət xurma bağlarına subsidiyalar ayırır

Fins.az Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumatı təqdim edir:

FERMERLƏRİN DİQQƏTİNƏ!

  • Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında xurma xüsusi çəkiyə malikdir.
  • Ölkəmiz üçün ənənəvi bazarlar sayılan postsovet məkanında xüsusilə Azərbaycanda istehsal olunan şişburun xurmaya maraq böyükdür.
  • Xurma istehsalını və ixracını artırmaq məqsədilə dövlət tərəfindən xurma bağlarının salınması subsidiyalaşdırılır.
  • Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağ iqtisadi zonalarında salınacaq xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək.
  • Bu subsidiya növü ən azı 2 hektarda salınmış, hər hektarda damcı suvarma sistemi quraşdırılmış, hektar üzrə ən azı 650 ting əkilmiş xurma bağlarına şamil edilir.

 

Zemfira Ms
Fins.az

Избранный
18
4
fins.az

6Источники