Futbol üzrə Çin millisinin sabiq baş məşqçisi Li Ti rüşvətxorluqda təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilib.
Fanat.Az "Reuters"ə istinadən xəbər verir, o, 2015-2021-ci illər aralığında 120 milyon Çin yuanı almaqda ittiham olunur.
Li Ti 2019-cu ildən 2021-ci ilə qədər Çin millisini çalışdırıb.
Qeyd edək ki, bir müddət əvvəl Çin Futbol Assosiasiyasının (CFA) keçmiş baş katibi Liu Yin rüşvətxorluqda təqsirli bilinərək 11 illik həbs cəzasına məhkum edilib.