Texnologiyanın inkişafına müqavimət göstərmək olmaz, bizim diqqətdə saxlamalı olduğumuz məsələlərdən biri də texnologiyanın gətirdiyi fürsətlərdir.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İstanbulda Beynəlxalq Strateji Kommunikasiya Forumu (Stratcom Summit 24) çərçivəsində Azərbaycana həsr olunmuş paneldə çıxışı zamanı deyib.
O bildirib ki, bu kontekstdə süni intellekt Azərbaycanın prioritet istiqamətlərindən biridir.
H.Hacıyevin sözlərinə görə, süni zəka texnologiyalarından Azərbaycan mediası və diplomatiyasında gündəlik olaraq istifadə edilir.
O əlavə edib ki, 2-ci Qarabağ Müharibəsi zamanı süni intellektdən istifadə edilərək Azərbaycan çox intensiv dezinformasiyanın hədəfinə çevrilmişdi.