Moldova Ali Məhkəməsi müxalif “Pobeda” blokunun lideri İlan Şoru dələduzluqda ittiham edərək 15 il müddətinə azadlıqdan məhrum edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novostiyazıb.
Qeyd olunur ki, Şor dələduzluq və xüsusilə böyük miqyasda çirkli pulların yuyulması işində təqsirli bilinib - ittiham tərəfinin fikrincə, o, Moldova banklarından 1 milyard dollar çıxarıb. Bundan başqa, məhkəmə onun əmlakının da müsadirə olunmasına qərar verib.
Şor özü bu məhkəmə qərarını “qanunsuz” adlandırıb. O, bu tələblərə əməl etməyəcəyini də əlavə edib.
Əli Babayev