RU

Ərdoğan ultimatum verdi: "Suriyanı terrordan təmizləyəcəyik"

"Suriyanı terrordan və terrorçulardan təmizləyəcəyik".

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu xəbərdarlığı Prezident Rəcəb Tayyib Ərdoğan lideri olduğu AK Partiyanın Sakarya 8-ci təşkilati toplantısında etdiyi çıxışda bəyan edib.

Ərdoğan Suriyanın şərqində kök salan YPG/PKK terror qruplaşmasını nəızərdə tutaraq onlara ultimatum verib: "Suriyalı qardaşlarımız müvəqqəti keçid hökuməti formalaşdıraraq asayişi və təhlükəsizliyi təmin etməyə başlayıblar. İnşallah, Suriyanın digər bölgələrini də terror təşkilatlarından və işğalçılardan təmizləyərək, bütün qardaşlarımızın doğma yuvalarına dönmələrini təmin edəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ

Избранный
36
mia.az

1Источники