RU

"Diplomatik xidmət haqqında” qanun dəyişdi: güzəşt, qadağaılar və... - Nələr olacaq? (Yenilənib)

Azərbaycanın diplomatları və onların ailə üzvləri üçün güzəştlər müəyyən edilir.

Mia.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bugünkü plenar iclasında Əmək Məcəlləsində, Vergi Məcəlləsində, “Azərbaycan Respublikasının Konsul Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Sosial sığorta haqqında”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmət əməkdaşlarının və inzibati-texniki xidməti həyata keçirən şəxslərin dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişiklik layihələri müzakirəyə çıxarılıb.

Milli Məclis Azərbaycanın diplomatik xidmət orqanı əməkdaşlarına şamil olunması nəzərdə tutulan məhdudiyyətlər haqqında yeni qanun layihəsini birinci oxunuşda qəbul edib.

Mia.az xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni “Diplomatik xidmət haqqında” qanun layihəsinə əsasən, diplomatik orqanların əməkdaşları xidmət keçdiyi dövrdə siyasi partiyalara üzv olmasına, eləcə də siyasi partiyaların və dini qurumların fəaliyyətində iştirak etməsinə, əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulan qaydada müvəqqəti əvəzetməyə görə haqqın ödənilməsi halları istisna olmaqla) seçkili və ya təyinatlı vəzifə tutması, xidmət keçdiyi diplomatik orqan rəhbərinin icazəsi olmadan pedaqoji fəaliyyətlə məşğul olmasına, dövlət orqanının (qurumunun) və ya yerli özünüidarəetmə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi (təmsilçisi) olmasına məhdudiyyət tətbiq edilir.

Diplomatik xidmət orqanları əməkdaşlarının fəaliyyət istiqamətləri müəyyənləşir.

Mia.az  xəbər verir ki, bununla bağlı yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Избранный
10
1
mia.az

2Источники