Fransa Prezidenti Emmanuel Makron mövcud vəziyyətdən çıxış yolu tapmaq üçün Gürcüstanın bütün siyasi qüvvələrini dialoqa çağırıb.
Xalqcebhesi.az-ın məlumatına görə, Fransa lideri həmçinin qeyd edib ki, Gürcüstanın ölkə konstitusiyasında təsbit olunmuş Avropa yolunu dəyişmək olmaz.
Makronun sözlərinə görə, bu, gürcü xalqının seçimidir:
"Avropa qorxutmur, təhdidlərdən istifadə etmir, Avropa xaos səpməyə çalışmır, Avropa qonşularını sabitliyi pozmağa və ya müharibə və ya hibrid üsullarla tabe etməyə çalışmır".