RU

Mahir anasının sualını izləyicilərin önündə cavabladı - "məndən rəsmi cavab eşitmək istəyir"

2-ci bundesliqada çıxış edən “Nürnberq”in azərbaycanlı oyunçusu Mahir Emreli bir neçə gün əvvəl klub telekanalına müsahibə verib.

Oxucularımız üçün maraqlı olan hissələrin tərcüməsini təqdim edirik.

- Bu gün məşqdən əvvəl əhvalın necə idi?
- Bu gün rahat keçdi, oyundan sonra bədənimizin daha tez bərpa olunması üçün lazım olan əsas şeyləri etdik, yoqa, masaj, velosiped sürmək və s.

- “Fortuna” ilə oyunun nəticəsindən nə dərəcədə razı qaldın?
- Son dəqiqədə vurulan qol, təbii ki, əhvalımızı pozdu. Baxmayaraq ki, üstünlük bizdə idi. Nəticəyə köklənməliyik, ümid edirəm ki, növbəti oyunlarda daha uğurlu çıxış edəcəyik.

- Ananızın da sizə sualı var, 5-ci qolu nə vaxt vuracaqsız?
- Həmişə bu haqda danışırıq, amma indi, deyəsən, burda məndən rəsmi cavab eşitmək istəyir. Həmişə dediyim kimi: nəticə mənim üçün qol vurmağımdan daha vacibdi. Mənim ölkəmdə anan nəyisə et deyirsə, deməli, etməlisən. Ümid edirəm ki, tezliklə 5-ci qolu vuracam.

- Stefanosla qolu Kriştiano Ronaldo kimi qeyd etmək kimin ideası idi?
- Təbii ki, Kriştiano nömrə birdi. Ancaq onun fanatı olduğumu deyə bilmərəm. Bəlkə də komanda yoldaşım onun azarkeşidi. Azarkeşlərimiz də bəyəndiyi üçün hər vurduğum qolu belə qeyd etməyə qərar verdik.

- Səncə, Azərbaycandan niyə sənə bu qədər çox sual ünvanlanır?
- Çünki bizdə legioner həyatı yaşayan futbolçular çox deyil. Məsələn, Almaniyada bunların sayı yetərincə çoxdu. Azərbaycanda isə bələ oyunçular azdı deyə, həmyerlilərim bizə, klubumuza xaricdə də dəstək olurlar. Elə ölkəmin futboluna da başqa ölkələrə transfer olunan oyunçular lazımdı.

- Bəs bu dəstək sənə motivasiya verirmi?
- Əlbəttə, hər bir legioner ölkəsini təmsil edir. Atdığımız hər addımın mahiyyəti var. Yaxşı nəticə ölkəm üçün də vacibdi. Elə Nürnberqdə yaşayan azərbaycanlılar da klubuma həmişə dəstək verirlər. Gözləntiləri yüksəkdi, mən də onlar üçün əlimdən gələni etməyə çalışıram.

Избранный
49
football-plus.az

1Источники