RU

Ərdoğan CHP-ni kəskin tənqid etdi: Həyasızcasına...

MİT tırları oyunundan, FETÖ-ya alçaqcasına dəstək verilməsindən, PKK-nın Suriya qolunu günahsız göstərməyə qədər hər yolu sınadılar. Suriyanı qan gölünə çevirən BƏƏS rejimini xilas etmək üçün vicdanlarını belə unutdular.

Bakıvaxtı.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

Dönəmin CHP rəhbərliyini kəskin tənqid edən Ərdoğan müxalifətin seçkilərdə 2-3 səs artıq almaq üçün suriyalı miqrantları həyasızcasına hədəf aldıqlarını qeyd edib:

"Köhnə CHP rəhbərliyinin partiyaya yeritdiyi bu "zəhər" yeni rəhbərliyin danışıq və hərəkətlərinə də təsir edir. Suriya məsələsində açıq-aşkar uğursuzluğa düçar olsalar da, yenə də öz səhvlərində israr etməkdə davam edirlər"./axar.az

Избранный
30
1
bakivaxti.az

2Источники