RU

30 yaşadək ilk uşağını doğan analara 3 milyon veriləcək

30 yaşadək ilk uşağını doğan analara 3 milyon veriləcək

Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində, 2025-ci ilin yanvar ayından etibarən uşaqlı ailələr üçün yeni bir dəstək tədbiri görünəcək.

Qlobal.net yerli mediaya istinadla bildirir ki, 30 yaşına qədər ilk uşağını dünyaya gətirən qadınlar "Gənc ailə" mənzil proqramı çərçivəsində 3 milyon rubl (təxminən 51 min manat) ödəniş alacaqlar. Bu barədə vilayət qubernatoru Dmitri Artyuxov əhali ilə birbaşa əlaqə zamanı deyib.

"Bu gün yəqin ki, çoxları ailələrin daha erkən uşaq sahibi olmasının vacibliyini eşidir. 30 yaşınadək ilk uşaq dünyaya gələndə "gənc ailə" üçün ödəniş 3 milyon rubl təşkil edəcək".

Qubernator vurğulayıb ki, ödəniş əhəmiyyətli dəstək tədbirinə çevrilməlidir.

Daha sonra vilayət hökumətinin mətbuat xidməti aydınlaşdırıb ki, 36 yaşınadək hər hansı uşaq dünyaya gətirən qadınlara 1 milyon rubl (təxminən 17 min manat) birdəfəlik müavinət veriləcək.

Ödənişi almaq üçün gənc ailə daimi olaraq bölgədə yaşamalı və mənzilə ehtiyac duymalıdır. Alınan məbləğ mövcud ipotekanı ödəmək və ya güzəştli ipoteka kreditləşməsi proqramı çərçivəsində ilkin ödəniş etmək üçün istifadə edilə bilər. İki və ya daha çox uşaq eyni vaxtda doğulduğu təqdirdə, kapitalın miqdarı iki dəfə artır. /Lent.az 

Избранный
25
4
qlobal.net

5Источники