RU

Cey-Zi Rihannanı 29-cu mərtəbədən atmaqla hədələyibmiş

Dünya şöhrətli repçi və iş adamı Cey Zi 13 yaşlı qızı zorlamaqda ittiham olunmasından bir neçə gün sonra sosial şəbəkələrdə 17 yaşlı pop ulduz Rihannanın supermodel Tayra Banksın şousunda qalmaqallı arxivləşdirilmiş videosu yayılıb.

OLAY yazır ki, sözügedən verilişin yayılmış franmentində Riri Cey-Zi ilə söhbətinin pərdəarxası məqamlarından söz açıb. 

“Əslində bu, həqiqətən yaxşı dinləmə idi, amma onunla görüşməzdən əvvəl o qədər əsəbi idim ki, sözün əsl mənasında titrəyirdim. Mən oxumalı idim, “Pon De Replay”ı səsləndirdim və albomdan başqa bir ballada ifa etdim. “Cey Zi, “Biz burada mahnı imzalamırıq, sənətçilərə imza atırıq” dedi və bir az fasilə oldu və mən əsəbləşdim, sonra “Və biz maraqlıyıq” dedi və birdən özümü rahat hiss etdim. Sonra repçi dedi ki, buradan getməyin iki yolu var: ya imzalanmış müqavilə ilə qapıdan, ya da pəncərədən və biz 29-cu mərtəbədəyik” , - deyə Rihanna vurğulayıb.

Beləcə Rihanna Cey Zinin ona qarşı hədələndiyi və təzyiqə məruz qaldığını qeyd edib.

Yeri gəlmişkən, Jay-Z özü açıq şəkildə bildirdi ki, Rihanna başqa etiketlə müqavilə imzalamadığından əmin olmaq üçün günorta saat 15:00 və ya 16:00-dam başlayaraq təxminən 12 saat ofisdə saxlanılıb. Məlum olur ki, azyaşlı yalnız gecə saatlarında buraxılıb. Deyilənlərə görə Riri orada tək yox valideynləri ilə olub.

Onun bu çıxışı sosial şəbəkə seqmetində viral olub. Bundan sonra izləyicilər Cey Zinin təcavüzə yönümlü olmasını və belə bir hadisəni törətməsinə inandıqlarını yazıblar. 

Избранный
25
olay.az

1Источники