Türkiyə 1-ci liqasında 16-cı turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşov formasını geyindiyi "Anjaragücü" də növbəti natçına çıxıb.
"Manisa" ilə qarşılaşan paytaxt təmsilçisi 0:1 hesabı ilə uduzub.
Zədə səbəbindən son 6 turu kənardan izləyən Renat da bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 82-ci dəqiqədə meydana çıxıb. O, Albert Uludağı əvəzləyib.
Qeyd edək ki, hazırda 23 xalı olan “Ankaragücü” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.
Nihat