RU

İddia: Bayden administrasiyası Ukraynaya böyük silah daşımaları göndərəcək

ABŞ-ın 47-ci prezidenti seçilən Donald Tramp vəzifəyə gəlməzdən əvvəl ABŞ prezidenti Co Bayden və komandası Ukraynaya əvvəlkindən qat-qat böyük silah yardımı etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, CNN tərəfindən irəli sürülən iddiaya görə, Co Bayden Administrasiyası silah daşınmasını yanvarın ortalarına qədər başa çatdırmağı planlaşdırır. Donald Tramp 2025-ci il yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq.
ABŞ prezidenti Co Bayden və komandasının Ukraynanın Rusiyaya qarşı müqavimətini artırmaq üçün yeni yardım paketi hazırladığı iddiası CNN tərəfindən dilə gətirilib. İddialara görə, Co Bayden ABŞ-ın 47-ci prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl silah daşınmasını başa çatdırmağı planlaşdırır. Göndərmə ən geci yanvarın ortalarında tamamlanacaq.

Yardım paketinə toplar, raketlər və zirehli maşınlar da daxil olmaqla bir çox müxtəlif silahlar daxildir. CNN-in iddiasına görə, bu məsələ ilə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan məşğuldur.

Lakin ABŞ ekspertlərinin fikrincə, Ukraynanın çatışmayan cəhəti silah gücü deyil, əsgərlərdir. ABŞ hökumət rəsmiləri Ukrayna prezidenti Vladimir Zelenskiyə hərbi xidmət yaşını 18-ə endirməyi təklif etsə də, Zelenski bu təklifi rədd edib. Zelenski açıqlamasında deyib: “Məqsədimiz daha çox insanın həyatını xilas etmək olmalıdır, silahlar anbarlarda qalmamalıdır”.

Aytən Yaşar. Turkustan.az

Избранный
27
34
turkustan.az

10Источники