RU

“Qərbin Suriyadan sonra hədəfi bu ölkədir” - Sergey Strokandan SENSASİON AÇIQLAMA

“Suriyada baş verənlər xatırladır ki, hərbi qələbələr heç bir halda sonrakı dinc qələbələrin zəruriliyini inkar etmir. Məhz, dövlət institutlarının yaradılması və möhkəmləndirilməsi, iqtisadi artım, hökuməti və cəmiyyəti birləşdirən aydın, milli yönümlü inkişaf strategiyasının və bütün ölkənin dayandığı özəyi təşkil edəcək ümumi dəyərlərin olması çox vacibdir.
Bütün bu elementlər mövcud olduqda, hökumətə olan etimad reytinqi davamlı olaraq yüksək olaraq qalır və sonra dövlət kənardan gələn dağıdıcı zərbələrə tab gətirməyə imkan verən lazımi təhlükəsizlik marjasına malik olur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri rusiyalı politoloq Sergey Strokan Rusiya KİV-ə müsahibəsində deyib.

O bildirib ki, Rusiyanın o vaxt Suriya rəhbərliyinə qazandırdığı hərbi qələbədən sonra Suriya rəhbərliyi dinc quruculuqda məğlubiyyətə uğradı:

“Artıq bu gün Qərb Suriyadan sonra İranın növbəti sırada olmasından danışır. Guya ki, onun hökuməti və inkişaf modeli Qərbi qəti şəkildə qane etmir. Keçən il Rusiyada “Vaqner”in bir günlük çevriliş cəhdi baş tutanda, bir çox Qərb siyasətçiləri, ekspertləri və media orqanları Moskvada hakimiyyətin sürətlə dəyişəcəyini sevinclə proqnozlaşdırdılar və aldandılar. Amma gördük ki, Qərbdə Rusiya üçün də belə bir ssenariyə tələb var”.

Politoloq Qərbin növbəti hədəfindən də danışıb:

“Sırf xarici qüvvələrin səyi nəticəsində barıt çəlləyinə çevrilmiş Gürcüstanda bu gün nə baş verdiyini bilirik. Tiflisdəki hakimiyyət Qərb tərəfindən bəyənilməyəndən sonra ABŞ və Aİ ruhlandırdıqları vətəndaş qarşıdurması zamanı ölkə rəhbərliyini dəyişmək üçün sanksiyalardan tutmuş, küçə etirazlarına dəstək kimi bütün vasitələrdən istifadə etdilər.
 

Nəhayət, bu gün Ermənistanda “Qərbə tabe olmaq” ssenarisi həyata keçirilir, oradan Rusiyanı sıxışdırıb çıxarmağa çalışırlar. Paşinyanın KTMT ilə münasibətlərdə geri dönüşü olmayan nöqtə ilə bağlı bəyanatları Rusiya ilə münasibətlərdə geri dönüş nöqtəsini keçmək cəhdlərinə çevrilə bilər.


Ona görə də, Bəşər Əsədin devrilməsi ilə Suriya daxilində və ətrafında siyasi oyun heç bitməyib, yeni başlayır. Cənubi Qafqaz və Avrasiya bu oyunun orbitinə çəkilir, bu oyun tam şəkildə olacaq. Bu gün bir neçə regionda sülh, sabitlik və təhlükəsizlik təhlükə altındadır.

Bu çox çətin və riskli situasiyada Rusiya və Azərbaycan sabitliyin dayaqları və suveren inkişafın təminatçısı olaraq qalırlar və göstərirlər ki, kənar müdaxilə texnologiyalarının gücü hakimiyyət və cəmiyyətin sərt müqaviməti ilə qarşılaşdıqda aciz olur. Bununla belə, hamımız Suriyanın dərslərini həmişə xatırlamalıyıq”.

Surxay Atakişiyev, Bizim.Media

Избранный
42
1
bizim.media

2Источники