RU

Proseslərdə “yaşıl maliyyələşdirmə” xüsusi rol oynayır - Nazir müavini

"Ekoloji məsuliyyətin artırılması məqsədilə sənaye müəssisələrinin fəaliyyətində müasir idarəetmə alətlərinin tətbiqi diqqət mərkəzindədir. Bu proseslərdə “yaşıl maliyyələşdirmə” xüsusi rol oynayır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Sənaye Təhlükəsizliyi Zirvəsindəki çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, bu, sosial-iqtisadi islahatların davam etdirilməsinə, innovativ iqtisadiyyatın formalaşdırılmasına və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin güclənməsinə şərait yaradır:

"Müasir dövrdə dövlət və ictimai sektorlar arasında əməkdaşlığın artırılması sosial-iqtisadi inkişafa töhfə verir. Əməkdaşlıq çərçivəsində yaşıl artımın təmin olunması və ekoloji təhlükəsizliyin qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın iqtisadi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, ekoloji davamlılıq və "yaşıl maliyyələşdirmə" təşəbbüsləri əsas prioritetlər sırasındadır. İnnovativ texnologiyaların tətbiqi bu prosesin mühüm tərkib hissəsidir. Xüsusən, sənaye müəssisələrində müasir texnologiyaların istifadəsi istehsal proseslərində enerjiyə qənaət etməklə yanaşı, ekoloji risklərin azaldılmasına və qəza hallarının qarşısının alınmasına imkan yaradır".

Kərimov bildirib ki, dövlət-ictimai sektor əməkdaşlığının gücləndirilməsi, istehsal müəssisələrində ekoloji standartlara riayət edilməsi və innovativ texnologiyaların tətbiqi davamlı inkişafın təmin edilməsində həlledici rol oynayır.


Müəllif: Məlik Məlikov
Избранный
20
4
teleqraf.com

5Источники