RU

II Təhsil Menecerləri Forumu keçirilib - YENİLƏNİB - FOTOLAR

Dekabrın 14-də Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində II Təhsil Menecerləri Forumu (TMF) keçirilib. SİA xəbər verir ki, forumda 400-dən çox iştirakçı qeydə alınıb. Tədbirdə təhsil sahəsində rəhbər vəzifə tutan şəxslər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Forumun əsas mövzusu təhsildə idarəetmə, rəqəmsal transformasiya və ekoloji məsuliyyətin müzakirəsi olub.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Hədəf Şirkətlər Qrupunun baş direktoru, TMF-nin layihə rəhbəri Şəmil Sadiq, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və Dövlət Gömrük Akademiyasının sədri Qulu Novruzov forumun məqsədindən, təhsil sahəsinin qarşısında duran çağırışlardan və bu istiqamətdə birgə əməkdaşlığın vacibliyindən söz açıblar. Tədbirə qatılan xarici və yerli spikerlər, o cümlədən Boğaziçi Universitetinin Təhsil fakültəsinin dekanı professor İrfan Erdoğan, “Educo Group”un direktoru Ercüment Özayan, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Sumqayıt Dövlət Universitetinin rektoru Rüfət Əzizov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və başqaları panel müzakirələrində iştirak ediblər.

Forumda “Təcrübədə innovativ idarəetmə”, “Təhsil idarəetməsində texnoloji və ekoloji məsuliyyətlər” və “Məktəb idarəetməsində keyfiyyət təminatı” mövzularında panellər keçirilib. Panel iştirakçıları arasında təhsil sahəsindəki problemlər və onların həlli yolları geniş müzakirə edilib, praktiki tövsiyələr verilib.

İrfan Erdoğanın “Təhsildə islahatlar”, Ercüment Özayanın “Rəqəmsal əsrdə innovativ öyrənmə metodları”, Ulaş Nezir və Mert Doğanın “Təhsildə rəqəmsal inteqrasiya və məlumatların təhlili: Süni intellekt” mövzulu çıxışçılar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təhsil menecmenti sahəsində təcrübə mübadiləsi, yeni əlaqələrin qurulması və növbəti layihələr üçün zəmin yaradılması forumun əsas nailiyyətləri kimi yadda qalıb.

Qeyd edək ki, forumun media dəstəkçiləri Azərbaycan Dövlət Televiziyası və “Səs” İnformasiya Agentliyidir.

Tədbirin rəsmi tərəfdaşları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Naxçıvan Dövlət Universiteti, tərəfdaşları MÜSİAD Azərbaycan, ELTA, XAN Nəşriyyatı, informasiya tərəfdaşları “Ustad” ədəbiyyat və sənət dərgisi, azedu.az, sənət.az saytları, sponsorları iTech, alba, SİNKOD şirkətləridir.

Избранный
55
4
sia.az

5Источники