RU

“Onların gələcəyə ümidi yox idi -ona görə ordusu da bu diktatoru qorumaqdan çəkindi...”

“Suriya cıdır meydanına, beynəlxalq güclərin yarış meydanına dönmüşdü. Atlarını çapırdılar, təpikləri isə dəyirdi Suriya xalqına...”
 
“Bəli, öncəki söhbətlərimizdə deyilənləri də nəzərə alsaq, bu gün Əsəd rejiminin devrilməsi beynəlxalq siyasi güclərin qüvvə nisbətindən qidalanır...  Suriyada nə baş verirdi? Orada ABŞ, Avropa, İran, Rusiya, İsrail, Səudiyyə Ərəbistanı əsas rol oynayırdı. Suriya cıdır meydanına, beynəlxalq güclərin yarış meydanına dönmüşdü. Atlarını çapırdılar, təpikləri isə dəyirdi Suriya xalqına...”
 
Bunu Moderator.az-a açıqlamasında Suriyada son baş verənlərdən danışan politoloq Zərdüşt Əıizadə “Belə çıxır ki, Suriyadakı diktatura rejiminin devrilməsində hakimiyyətin mahiyyətindən qaynaqlanan güclü daxili amillərlə yanaşı, beynəlxalq güclər də böyük rol oynayıb” sualını cavablandırarkən  söyləyib.
 
“Ölkədən 5 milyon yarım insan qaçqın düşdü. Belə bir şəraitdə İranın və Rusiyanın gücü azaldı, əvəzində ABŞ, İsrail, Avropa və Səudiyyə Ərəbistanının gücü çoxaldı. Bundan da yararlanan Türkiyə üsyançılara dəstək verdi və onlar hücum edib Suriyanın mərkəzini tutdular.  Əsədin ordusu isə çox bərbad vəziyyətdə idi, hərbçilərin maaşı çox aşağı idi, onların gələcəyə də ümidi yox idi. Ona görə də ordusu da bu diktatoru müdafiə etməkdən çəkindi və Əsəd də başını götürüb qaçdı...”- deyə davamında siyasi şərhçi vurğulayıb.
 
Sultan Laçın
 
Избранный
20
moderator.az

1Источники